İndoneziyada ölən azarkeşlərin sayı 174-ə çatdı - Video + Yenilənib


İndoneziyadakı futbol matçında baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 174-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, İndoneziya polisi təxminən 180 nəfərin xəsarət aldığı açıqlayıb.

***09:54
İndoneziyanın Şərqi Yava əyalətində “Arema” və “Persebaya Surabaya” futbol klubları arasında keçirilən görüş zamanı dəhşətli faciə baş verib.
Yeniavaz.com
xəbər verir ki, qarşılaşma zamanı yaranan izdihamda 129 nəfər ölüb, 180 nəfər yaralanıb. Meydan sahibi “Arema”nın azarkeşləri, komandaları 3:2 hesabı ilə məğlub olduqdan sonra meydana girib.
Polisin bibər qazından istifadə etməsi ilə başlayan xaos izdihama çevrilib.
Şərqi Yavanın polis rəisi Niko Afinta bildirib ki, “Arema” tərəfdarlarının matç zamanı meydançaya enməsi, polisin isə gözyaşardıcı qazdan istifadə etməsi izdihamın yaranmasına səbəb olub.
Yerli mətbuat matçdan sonra 40 min tamaşaçıdan təxminən 3000-nin meydana daxil olduğunu açıqlayıb. Baş verən xaosda 129 nəfərin həyatını itirdiyi, 180 nəfərin yaralandığı bildirilib.
Səlahiyyətlilər əvvəlcə ölənlərin sayının 127 olduğunu bildirsələr də, polis sözçüsü daha sonra ölənlərin sayının 129 olduğunu açıqlayıb.
Qurbanların "xaos, həddindən artıq sıxlıq, tapdalanma və boğulma nəticəsində öldüyü" bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top