
Rusiya Müdafiə Nazirliyi Ukraynanın daha 5 yaşayış məntəqəsindən qoşunların geri çəkildiyini təsdiqləyib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Qeyd edək ki, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.