Prezidentin Bolqarıstan səfəri başa çatdı - Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
***15:38
Oktyabrın 1-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin adından Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edən dövlət və hökumət başçıları üçün rəsmi lanç verilib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev lançda iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top