Azərbaycanda toyuq dönəri bahalaşıb? - Video


Çox sevilən, həm də çox yeyilən dönərin - toyuq dönərinin qiyməti bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in reportajında bildirilib.
Bildirilib ki, qiymətdə olan dəyişiklik son bir neçə gündür ki, hiss olunur. Bunu alıcılar da, elə satıcılar da təsdiqləyir.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli məsələyə münasibət bildirib.
“Sadəcə, orta və ali məktəblərin açılması ilə dönərə tələbat artıb. İşbazlar da bundan istifadə edərək, toyuq əti dönərlərinin qiymətini artırıblar. Yəni, yerli məhsullarda qiymət artımı yoxdur. Biz gündəlik buna nəzarət edirik”, - sədr qeyd edib.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top