ABŞ Ermənistana aid şirkətə sanksiya tətbiq etdi


ABŞ Rusiya ordusuna dəstək verdiyi üçün Belarus, Ermənistan və Çinə aid şirkətlərə sanksiya tətbiq edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın "Radioavtomatika" kompaniyasının Çinə aid təchizatçısı “Sinno Electronics Co. Limited  və Ermənistandan olan təchizatçısı “Taco LLC” sanksiya tətbiq olunan şirkətlər siyahısına daxil edilib. Bildirilib ki, iyun ayında “Sinno” Rusiyanın hərbi və ya müdafiə sənayesi bazasına dəstək verib və Rusiyanın Ukraynaya başlatdığı işğaldan sonra bu addımına davam edib. Eyni zamanda "Radioavtomatika" Taco LLC-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib. Bundan əlavə, həm “Sinno”, həm də Taco LLC "Radioavtomatika" ilə işlərinə görə bir-birləri ilə qarşılıqlı əlaqədə olublar.
 

DİGƏR XƏBƏRLƏR

Top