“Prokurorluq 2 min nəfərin məlumatları olan telefonlarımı vermir”


“Vəkillər və Vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 3-cü və 4-cü hissələri vəkilin peşə sirrinə tam təminat verdiyi halda “iPhone 7 plus” və “iPhone 12 Pro Max” telefonlarım və komputerimin SSD yaddaş kartı hələ də prokurorluqdadır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri bir neçə gün öncə ev dustaqlığına buraxılan vəkil Elçin Sadiqov özünün feysbuk hesabında yazıb.
O bildirib ki, vəkillik fəaliyyəti təhlükə altındadır:
“Vəkil olaraq peşə sirrimə qəsd edilib, axtarış və götürməyə məruz qalmışam, vəkillik fəaliyyətim təhlükə altındadır. Ən əsası isə indiyədək hüquq xidməti göstərdiyim 2000 nəfərdən çox insanların mənə etibar etdikləri şəxsi məlumatları təhlükə altındadır”.
Qeyd edək ki, rüşvət almada iştirakçılıq ittihamı ilə sentyabrın 11-də həbs edilən tanınmış vəkil Elçin Sadıqov 6 gün sonra ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılırdı.

DİGƏR XƏBƏRLƏR

Top