Ukrayna ərazilərinin “Rusiyaya qatılması ilə bağlı” sənədlər imzalandı - Video + Yenilənib


Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb.
Yeniavaz.com
xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb.

***16:03

Kremldə qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin "Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair" sazişlərin imzalanması mərasimi keçirilir.
Yeniavaz.com mərasimdən canlı yayımı təqdim edir:

***09:50
Bu gün, sentyabrın 30-da, Bakı vaxtı ilə saat 16:00-da Kremldə qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin "Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair" sazişlərin imzalanması mərasimi keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Kreml sarayında, Georgiyevski zalında, saat 16:00-da (Bakı vaxtı ilə - red.) Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasimi keçiriləcək”, - Peskov bildirib.
O, Kremldə keçiriləcək mərasimdə dörd yeni ərazinin "Rusiya Federasiyasına qəbul olunacağını" dəqiqləşdirib:
“Hər dördü, referendum keçirmiş və Rusiya tərəfinə müvafiq müraciət etmiş bütün ərazilər”.
Peskov əlavə edib ki, Putin mərasim çərçivəsində Kremldə “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri ilə də görüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top