Hacı Abgül azadlığa buraxıldı - Foto


11 ildir həbsdə olan, Hacı Abgül adı ilə tanınan Abgül Süleymanov azadlığa buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, din xadimi kimi təqdim olunan Hacı Abgülün həbs müddəti başa çatıb və o, bu gün səhər saatlarında Qobustan həbsxanasından azadlığda buraxılıb.
Qeyd edək ki, A.Süleymanov 2011-ci ildə həbs edilmiş, Bakı  Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmişdi.
Hacı Abgül ictimai təhlükəsizliyin pozulmasına cəhddə təsqirləndirilirdi.
Rəsmi məlumatlara görə, saxlanılarkən onun üzərindən narkotik vasitə də aşkar edilmişdi. Mənzilində odlu silah və sursat aşkarlanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top