Rusiya və Çinə aid hərbi gəmilər Osumi boğazından keçdi - Yaponiya


Dörd Rusiya və üç Çin hərbi gəmilərindən ibarət qrup Yaponiyanın cənubundakı Kyuşu adası ilə Ryukyu ada silsiləsi arasındakı Osumi boğazından keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələri məlumat yayıb.
Rusiya və Çin donanmasının gəmiləri Sakit okeandan Şərqi Çin dənizinə keçib. Birgə gəmi qrupunun hərəkətləri Yaponiya özünümüdafiə qüvvələri tərəfindən diqqətlə izlənilib. Yaponiya özünümüdafiə qüvvələrinin məlumatına görə, onlar əvvəllər Rusiya və Çinin bir qrup hərbi gəmisinin Sakit okeanda Yaponiya arxipelaqının dörd əsas adasından ən böyüyü - Honsyu adasının cənub-şərq sahili yaxınlığındakı hərəkətlərini müşahidə ediblər.
 

DİGƏR XƏBƏRLƏR

Top