“Vitrində “bakkuş”un qiyməti 1,50 yazılır, kassada 1,95 olur” - Deputat


Milli Məclisin deputatı Rüfət Quliyev supermarketlərdən şikayətlənib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, o, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Digər bir problem isə supermarketlərlə bağlıdır. Hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top