"ABŞ Ukrayna torpaqlarının Rusiyaya daxil edilməsinə qarşı çıxacaq"


ABŞ hakimiyyəti Ukraynanın bəzi hissələrinin Rusiya Federasiyasına daxil edilməsinə qarşı çıxmaq niyyətindədir, buna cavab olaraq Vaşinqton Moskvaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edəcək.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer növbəti brifinqdə bildirib.
“Biz bu qeyri-qanuni ilhaq cəhdlərini heç vaxt tanımayacağıq. Rusiyanın nə iddia etməsindən asılı olmayaraq, bu ərazi Ukraynanın ərazisi olaraq qalır. Ukraynanın tam suverenliyi uğrunda mübarizəni davam etdirmək hüququ var. Buna cavab olaraq müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə əlavə tədbirlər tətbiq etmək üçün çalışacağıq. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - deyə o vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top