Güvən Nəşriyyatı Milli Kitab Sərgisində... - Video


Bakıda IV Millli Kitab Sərgisi keçirilir.
Yeniavaz.com
xəbər verir ki, sərgidə ölkədə fəaliyyət göstərən nəşriyyatlar, yazıçılar və rəssamlar öz məhsullarını iştirakçılara təqdim edirlər.
Sərgidə iştirak edən “Güvən Nəşriyyatı”nın koordinatoru Saleh Məmmədli bildirib ki, tədbir yüksək keyfiyyətdə təşkil olunub:
““Güvən Nəşriyyatı” 2014-cü ildən fəaliyyətə başlayıb və bu günə qədər artıq 80 adda kitab çap edib, oxuculara təqdim edib.
Bizim oxucularımız əsasən imtahanlara hazırlaşan şəxslərdir. Amma ümumiyyətlə 1-ci sinifdən 11-ci sinfə qədər bütün şagirdlər üçün vəsaitlər nəşr edirik. Nəşr edilən kitablara uyğun imtahanlar da təşkil edirik. Dövlət İmtahan Mərkəzinin proqramına uyğun olaraq mütəmadi imtahanlarımız keçirlir”.
S. Məmmədli bildirib ki, sərgidə həmçinin “Dəyər Nəşrləri” də iştirak edir:
“”Dəyər Nəşrləri” 2018-ci ildən fəaliyyəyə başlayıb. Artıq buradada 10-a yaxın vəsaiti nəşr olunub. Həmçinin “Dəyər Nəşrləri” də sınaq imtahanları təşkil edir”.

DİGƏR XƏBƏRLƏR

Top