ABŞ-dan vətəndaşlarına xəbərdarlıq: Dərhal Rusiyanı tərk edin


Amerikanın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc edilib.
“ABŞ vətəndaşları Rusiyaya səfər etməməlidirlər və Rusiyada yaşayan və ya Rusiya daxilində səyahət edənlər kommersiya səyahətləri üçün hələ də məhdud imkanlar olduğu halda dərhal ölkəni tərk etməlidirlər”, - məlumatda bildirilib.
Bundan əlavə Polşa və Bolqarıstan səfirlikləri də vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıblar.

DİGƏR XƏBƏRLƏR

Top