Polşa öz vətəndaşlarına çağırış etdi: “Rusiya ərazisini tərk edin”


Polşa öz vətəndaşlarına Rusiya ərazisini tərk etməyi tövsiyə edib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya Federasiyasının ərazisində olan Polşa Respublikasının vətəndaşlarına kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələri tövsiyə olunur”, - deyə nazirlikdən bildirilib.
Həmçinin qeyd olunub ki, Polşanın Rusiyadakı diplomatlarının və konsulluq işçilərinin sayının azalması ilə əlaqədar Polşa vətəndaşlarına birbaşa konsulluq yardımının göstərilməsi imkanları məhduddur. Xəbərdarlıq edilib ki, təhlükəsizlik vəziyyətinin pisləşdiyi anda vətəndaşların Rusiyadan çıxarılması qeyri-mümkünə çevrilə bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top