Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi yaradılacaq


Şimali Osetiya-Alaniya Respublikasının daxili işlər naziri, Dövlət Yol Müfəttişliyinin rəisi Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya üzrə Sərhəd Departamenti və Şimali Osetiya Gömrük İdarəsinin rəhbərlərinin iştirakı ilə “Verxniy Lars” keçid məntəqəsində növbədənkənar görüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, iclasın yekunu olaraq, iştirakçılar vətəndaşların sərhədi piyada keçməsinə icazə verilməsi barədə qərar qəbul ediblər və asayişin, yollarda təhlükəsizliyin təmin edilməsi baxımından bundan sonra da bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub.
İclas iştirakçıları qeyd ediblər ki, Gürcüstana doğru hərəkət edən minik avtomobillərinin axını ciddi şəkildə artır. Görülən tədbirlərə, o cümlədən yol polisi və PPSP-nin gecə-gündüz növbətçiliyinin artırılmasına baxmayaraq, vəziyyət son dərəcə gərgin olaraq qalır ki, bu da vətəndaşların təhlükəsizliyinin təşkili baxımından əlavə tədbirlərin görülməsini tələb edir.
Bu məqsədlə, habelə qeyri-qanuni davranış risklərinin və münaqişəli vəziyyətlərin yaranmasının azaldılması məqsədilə görüş nəticəsində iştirakçılar vətəndaşların sərhədi piyada keçməsinə icazə verilməsi, o cümlədən asayişin və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra gələcək fəaliyyətlər barədə qərar qəbul ediblər.
Bundan əlavə, yaxın vaxtlarda buraxılış məntəqəsində hərbi komissarlığın səfərbərlik məntəqəsi yerləşdiriləcək.
Müşavirənin yekunları barədə respublika başçısına məlumat verilib.
Qeyd edək ki, Şimali Osetiyada 5,5 minə yaxın avtomobil Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top