"7,5 milyon manat "BakuBus"a verilib" - Video


Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə kollektiv müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Pandemiya ilə əlaqədar 2020-ci ildə dövlət sərnişindaşıma şirkətlərinə yardım məqsədi ilə 280 milyon manat vəsait ayrılıb. Qeyd olunub ki, daşıyıcı şirkətlərin dayanıqlılığını təmin etmək üçün əlavə 7,5 milyon manat vəsait ayrılsın. Lakin daşıyıcı şirkətlər iddia edirlər ki, sözügedən vəsaitdən onlara hər hansı yardım edilməyib.
Yeniavaz.com
xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov müraciətdə səsləndirilən iddialara münasibət bildirib.
“Pandemiyadan zərərçəkmiş sahələrə dövlətin yardımı olub. Pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı 7,5 milyon “BakuBus”a yardım edilib”, - Faiq Abbasov deyib.

DİGƏR XƏBƏRLƏR

Top