Medvedev də nüvə silahı ilə bağlı xəbərdarlıq etdi: "Blef deyil"


Keçmiş prezident və Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev qərb ölkələrini təhdid edib.
Yeniavaz.com
xəbər verir ki, o nüvə silahı ilə bağlı xəbərdarlığın blef olmadığını bildirib:
“Sərhədimizə müdaxilə edilsə, özümüzü qorumaq üçün nüvə silahından istifadə etmək haqqımız var. Və bu, şübhəsiz ki, blef deyil”.
Medvedev Moskvanın xəbərdarlıq etmədən hücum etmək hüququna malik olduğunu deyib.
Xatrıladaq ki, Rusiya Prezidenti Vladimir Putin də xalqa müraciəti zamanı, lazım olduğu təqdirdə nüvə silahından istifadə edəcəklərini bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top