Sərnişinlər metroya daxil olmaqda çətinlik çəkirlər: Çıxış yolu varmı? - Video


Yeni tədris ili başlayandan metroda sıxlıq artıb, sərnişinlər metroya daxil olmaqda çətinlik çəkirlər.
Sıxlığın qarşısını almaq üçün insanlar içəri növbəli şəkildə buraxılır.
Yeniavaz.com
xəbər verir ki, "Xəzər Xəbər" mövzu ilə bağlı süjet hazırlayıb.

Sərnişinlərin sözlərinə görə, həftə içi hər gün belə mənzərə ilə qarşılaşırlar. Günün pik saatlarında isə daha acınacaqlı vəziyyət yaşanır…
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar məmmədov bildirdi ki sıxlığı aradan qaldırmaq üçün qurum bütün resuslarını cəlb edib. Amma indiki vəziyyətdə görülən tədbirlərlə sıxlığı tam aradan qaldırmaq mümkün deyil. Çünki mövcud stansiyaların platformaları 5 vaqonluq qatarlar üçün nəzərdə tutulduğuna görə onları enləndirmək və uzatmaq qeyri-mümkündür. Problemin qarşısını yalnız gələcəkdə stansiyaların sayını artırmaqla həll etmək olar.

Bəxtiyar Məmmədov əlavə edib ki, Bakının yeni baş planına əsasən paytaxtda yeni stansiyaların tikintisi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top