
İjevsk məktəbindəki atışmada ölənlərin sayı 13-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 7-si uşaqdır.
Udmurtiyada İjevskdə məktəbdə baş verən atışmadan sonra ölənlər üçün matəm elan edilib. Matəm sentyabrın 29-dək davam edəcək. Bu barədə Udmirtiyanın rəhbəri bildirib.
***12:20
Rusiyanın İjevsk şəhərində 88 saylı məktəbdə atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atışma nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qeyd edilib ki, məktəbdə atəş açan şəxs intihar edib.
Səhiyyə Nazirliyi məktəbdə baş verən atışmadan sonra tibbi yardım göstərmək üçün İjevskə bir qrup mütəxəssis göndərib.
Tətbiqimizi yükləyə bilərsiniz