7 ay əvvəl eyni şəxsin eyni ünvanda təsis etdiyi 4 şirkət ləğv olunur


Cəmi 7 ay əvvəl dövlət qeydiyyatına alınan və eyni şəxsin qanuni təmsilçi olduğu 4 şirkət ləğv olunduğunu elan edib.
Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, "FROM-LAKE" MMC (VÖEN – 2007266051), "XƏZƏR-BUXTA 021" MMC (VÖEN – 2007264901), "S.N-NATURAL" MMC (VÖEN – 2007265951) və "LOUND-S QRUP" MMC (VÖEN – 2007266181)  ləğv olunduqlarını açıqlayıblar.
Xəbəri rus dilində oxuyun: Ликвидированы 4 компании, основанные 7 месяцев назад одним и тем же лицом по одному и тому же адресу
Adları qeyd olunan şirkətlərin hüquqi ünvanı Xətai rayonu, Babək pr. ev 78, m. 32-də yerləşir.
Bu il fevral ayının 21-də dövlət qeydiyyatına alınan MMC-lərin nizamnamə kapitalları 5 manat təşkil edir.
Şirkətlərin qanuni təmsilçisi İmanov Qəzənfər Xəlil oğludur.

DİGƏR XƏBƏRLƏR

Top