Rusiya Dövlət Dumasının sədri Bakıya gəlib - Yenilənib


Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Yeniavaz.com
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

***09:42
Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana rəsmi səfərə gələcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dumanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Volodinin Milli Məclisinin rəhbərliyi ilə görüşü nəzərdə tutulub.
Xatırladaq ki, daha əvvəl 23 sentyabr 2020-ci ildə Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb. Bundan əlavə 24-25 iyun 2018-ci il tarixlərində Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycanda rəsmi səfərdə olub.

DİGƏR XƏBƏRLƏR

Top