Ukrayna işğal olunmuş əraziləri Azərbaycan vasitəsilə tərk etməyə çağırıb


Ukraynanın Xarici İşlər Naziriyi vətəndaşları üçün Rusiya hərbçiləri tərəfindən ələ keçirilmiş əraziləri Gürcüstan, Azərbaycan və Qazaxıstan vasitəsilə tərk etmələri barədə izahat xarakterli məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, məlumatda Krım ərazisində və Ukraynanın digər müvəqqəti işğal olunmuş ərazilərində Ukrayna vətəndaşlarının həyatı və sağlamlığı üçün təhlükə olduğu bildirilir.
Nazirik xarici ölkələrə giriş və tranzit rejiminin aktuallığını yoxlamaq, xüsusən onların ərazisində olma şərtlərini öyrənmək üçün nazirliyin interaktiv xəritəsinə müraciət etməyi tövsiyə edib.
 

DİGƏR XƏBƏRLƏR

Top