Aqil Sucayevin saxlanılması xəbəri ilə bağlı nazirlikdən açıqlama - Yenilənib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Yeniavaz.com-a bildirib ki, ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır:
“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”.

***19:24
Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top