Son sutkada 885 vaksin vurulub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 885 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 245, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 422, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 66 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 885 828, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 380 403, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 780, üç və daha çox doza vaksin vurduranların sayı 3 377 244, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 401 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top