Çində nə baş verir? - Foto


Sosial şəbəkələrdə Çində hərbi çevrilişin baş verdiyi və dövlət başçısı Si Cinpinin vaxtından əvvəl istefa verməsi ilə bağlı şayiələr dolaşır.
Yeniavaz.com
xəbər verir ki, bu cür məlumatlar sosial şəbəkələrdə sürətlə çoxalmaqdadır.
Bildirilir ki, paytaxr Pekinə ordu hisssələri daşınır. Onları daşıyan konvoyun uzunluğu 80 km-dir. Çində 6 mindən çox daxili və beynəlxalq reys ləğv edilib. Sürətli qatar biletlərinin satışı dayandırılıb. Si Cinpinin həbs olunduğu barədə şayiələr var. Si Cinpinin bir həftədir ki, ictimaiyyət arasında və mühüm görüşlərdə görünməməsi bu söhbətləri daha da inandırıcı edir.
Onu da bildirək ki, hazırda təyyarələrin hərəkət istiqamətini canlı olaraq göstərən axtarış sistemlərində açıq şəkildə göstərilir ki, sərnişin təyyarələri Çinin hava məkanına daxil olmurlar.

DİGƏR XƏBƏRLƏR

Top