Rusiyada ordu generalı işdən çıxarıldı


Rusiya müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.
Bildirilib ki, onun əvəzinə bu vəzifəyə general-polkovnik Mixail Mizintsev təyin edilib.
Qeyd edək ki, ordu generalı Dmitri Bulqakov 2 dekabr 2008-ci ildən müdafiə nazirinin müavinidir. General-polkovnik Mixail Mizintsev isə əvvəllər Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top