Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı açıqlandı


Ötən il Azərbaycanda doğulan 112 min 284 körpədən 15,6%-ı və ya 17 min 566-sı rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən il rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin əksəriyyəti – 11 mini kənd yerlərində doğulub. Şəhər yerlərində nikahdankənar qadınlar tərəfindən doğulan körpələrin sayı isə 6 min 566 olub.
Qeyd edək ki, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən çox 2011-ci ildə olub - 30 min 983 nəfər.

DİGƏR XƏBƏRLƏR

Top