Ukrayna İran səfirini ölkədən qovdu


Sentyabrın 23-də İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və akkreditasiyası ləğv edilib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
“İran tərəfinə bildirilib ki, Rusiya qoşunlarına İran silahlarının tədarükü, İranın ali rəhbərliyin açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir. Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü Ukrayna ilə İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir. Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - deyə məlumatda vurğulanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top