Rus general Ukraynada yaralanıb


Ukrayna hərbçiləri Svatovo vilayətində general-mayor Tsokovu yaralayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Rəhbərlik də daxil olmaqla, düşmən itki verməkdə davam edir. Mövcud məlumata görə, 20-ci Əlahiddə Ümumqoşun Ordusunun 144-cü motoatıcı diviziyasının komandiri, general-mayor Tsokov atəşə tutularaq yaralanıb. O, sentyabrın 20-də təxliyə edilib. Sentyabrın 19-dan 20-dək 105 rus hərbçisinin cəsədi Rostov-na-Donudakı hərbi hospitala çatdırılıb. Yaxın vaxtlarda daha 200 cəsədin qəbul edilməsi üçün hazırlıq işləri aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top