“Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm...” - Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, sual hazırda iki ölkə arasında ən çox müzakirə olunan sərhədlərin müəyyən edilməsi məsələsi ilə bağlı olub.
 “Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız? Bunu niyə soruşuram? Çünki aydın ola bilər ki, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız Ermənistanın yarısı, yaxud ondan da azı Ermənistan Respublikasıdır”, – Paşinyan deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində sərhəddə son baş verənlərdən danışarkən bildirib ki, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz. Prezident Azərbaycanın müzakirələrə hazır olduğunu, ikitərəfli delimitasiya komissiyalarının işinə məsuliyyətlə yanaşdığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top