Mingəçevirdə qazinin ailəsi bələdiyyə üzvləri tərəfindən ziyarət edilib.
Yeniavaz.com xəbər verir ki, Ermənistanın sonuncu təxribatında yaralanmış əsgərlərdən biri Hacıyev Ruzi Dəyanət oğlunun ailəsi Mingəçevirdə yaşadığı evdə ziyarət edilib.
Ziyarət zamanı bələdiyyə üzvləri ailənin qayğıları ilə maraqlanıblar.
Qazinin anası çox qürurlandığını bildirib və dəstəyə görə minnətdarlığını ifadə edib.
Məlum olduğu kimi, sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın dövlət sərhəddi boyunca genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun bu təxribatına müvafiq cavab verib. Bu döyüşlərdə yaralanan əsgərlərimizdən biri də mingəçevirli “canavar” ləqəbli Hacıyev Ruzi Dəyanət oğludur.
Esmira Hidayətova, Mingəçevir