Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr - Siyahı


Azərbaycanda təbii artım (doğulanlarla ölənlərin fərqi) 1945-ci ildən sonra ən aşağı səviyyəyə düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən il Azərbaycanda doğulanların sayı hər 1000 nəfərə 11,2, ölənlərin sayı isə 7,7 olub. Nəticədə təbii artım hər 1000 nəfərə 3,5 olub.
Təbii artım sonuncu dəfə bu göstəricidən aşağıya 1945-ci ildə düşüb. Həmin il təbii artım 0,3 olub. Ümumiyyətlə son 80 il ərzində Azərbaycanda təbii artım ən yüksək səviyyəyə 1960-cı ildə çatıb. Ötən əsrin 60-cı ilində Azərbaycanda təbii artım 35,9 olub. Ən aşağı səviyyəyə isə 1943-cü ildə çatıb. İkinci dünya müharibəsinin davam etdiyi həmin ildə təbii artım mənfi 8,4% olub.
Məlumat üçün onu da bildirək ki, ötən il dünyada ən yüksək təbii artım Afrika qitəsində yerləşən ölkələrdə qeydə alınıb. Dünyada təbii artımın 30-dan yüksək olduğu 13 ölkə olub və bunların hamısı Afrika qitəsi ölkləridir:

Somali – 38
Niger – 37
Çad – 37
Konqo Demokratik Respublikası - 36
Mali – 36
Anqola – 35
Benin -35
Mərkəzi Afrika Respublikası – 34
Uqanda – 33
Madaqaskar – 31
Mayotta – 31
Burundi – 30
Zambiya – 30
Xəbəri rus dilində oxuyun: Страны с самой высокой и самой низкой рождаемостью в мире - Список
Afrikada təbii artımın ən aşağı səviyyədə olduğu ölkələr isə Mavrikiya (2), CAR (7), Tunis (9) və Lesotoda (9) olub.
Amerika qitəsində təbii artımın ən yüksək olduğu ölkələr Fransa Qvineyası (26), Qvatemala (18), Honduras (16), Nikaraqua (16), Boliviya (15), Haiti (15) olub. Bu qitədə təbii artımın ən aşağı səviyyədə olduğu ölkələr isə Puerto-Riko (-3), Kuba (-1), ABŞ (1), Uruqvay (1) və Kanada (2) olub.
Asiya qitəsində isə Fələstin (26), İraq (23), Yəmən (23,6), Tacikistan (24), Əfqanıstan (26), Pakistan (22) və Monqolustan (18) təbii artımın ən yüksək olduğu ölkələrdir. Asiyda ən aşağı təbii artım Yaponiyada (-4), Honkonqda (-1), Gürcüstanda (-1), Ermənistanda (0) və Tayvanda (0) qeydə alınıb.
Avropada isə ən yüksək təbii artım İslandiya (6), İrlandiya (5) və Kosovoda (4) olub. Bu qitədə ən aşağı artım isə Bolqarıstanda (-9), Ukraynda (-8), Serbiyada (-8), Latviya (-7) və Litvada (-7) olub.
Keçmiş sovet ölkələri və Azərbaycana qonşu olan ölkələrdə isə təbii artım aşağıdakı kimi olub:
Tacikistan (24)
Özbəkistan (20)
Qırğızıstan (18)
Türkmənistan (17)
Qazaxıstan (13)
Türkiyə (9)
İran (9)
Azərbaycan  (3,5)
Ermənistan (0)
Gürcüstan (-1)
Moldova (-1)
Estoniya (-2)
Belarus (-4)
Rusiya (-5)
Latviya (-7)
Litva (-7)
Ukrayna (-8)

DİGƏR XƏBƏRLƏR

Top