İran prezidenti Məhsa Əmininin ailəsinə söz verdi


“Mən ölən şəxsin (Məhsa Əmini nəzərdə tutulur - red.) ailəsi ilə əlaqə saxladım və onlara hadisəni araşdırmağa davam edəcəyimizə şəxsən söz verdim”.
Yeniavaz.com
 “i24news.tv”yə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.
"Əgər günahkar tərəf varsa, bu şübhəsiz ki araşdırılmalıdır. Mən ilk fürsətdə mərhumun ailəsi ilə əlaqə saxladım və şəxsən onları əmin etdim ki, hadisəni araşdırmağa əzmlə davam edəcəyik", - o əlavə edib.
Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın (ikinci adı Jina) "hicaba düzgün əməl etmədiyinə görə" əxlaq polisi tərəfindən saxlanılıb. Onun polislər tərəfindən döyülərək öldürüldüyü iddia edilir. Bu səbəbdən ölkədə etirazlar səngimir və hazırda onlarla əyalət və şəhərdə nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.

DİGƏR XƏBƏRLƏR

Top