Ermənilərin Xocalıda basdırdığı tələ-minalar tapıldı - Fotolar


Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.
Xəbərə görə, Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.



DİGƏR XƏBƏRLƏR

Top