"Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırıq"


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında Azərbaycan-Ermənistan məsələsinə toxunub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, o, Gürcüstanın Azərbaycan-Ermənistan arasında vasitəçi olmağa hazır olduğunu vurğulayıb.
"Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik. Regionumuzda bu qədər vacib olan sülh və sabitliyin bərqərar olması üçün dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq”, - deyə o qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top