Orta məktəblərdə dərslik nə üçün çatışmır? - Video


Yeni dərs ili artıq bir həftədir başlayıb. Ancaq bəzi məktəblərdə dərslik təminatında hələ də çatışmazlıqlar var. Bir çox siniflərdə şagirdlərə hələ də bəzi dərsliklər paylanmayıb. Bəs problem nədən qaynaqlanır və nə vaxt aradan qaldırılacaq?

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, övladı Gəncə şəhər 4 saylı məktəbin 3-cü sinfində təhsil alan bu valideyn dərsliklərin çatışmazlığından şikayət edir. Onun sözlərinə görə, məktəbdə yeni dərsliklərin verilməsində ləngimələr yaşanır. Mövcud problemi isə valideynlər öz hesablarına həll edirlər.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi də problemin olduğunu təsdiqləyib. İdarədən bildirilib ki, ləngimə bəzi siniflər üzrə dərsliklərin yenilənməsi ilə əlaqədardır və məsələ artıq həllini tapıb. 

Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələri təqdim olunan proqnoz tələbat əsasında dərsliklərlə təmin edilir. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır. 

DİGƏR XƏBƏRLƏR

Top