Almaniya səfərbərlikdən qaçan rusiyalı fərariləri qəbul etməyə hazır olduqlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində Almaniyanın daxili işlər naziri Nensi Fizer deyib.
“Ciddi repressiya ilə təhdid edilən fərarilər bir qayda olaraq Almaniyada beynəlxalq müdafiə ala bilərlər”, - deyə o, bildirib.
Qeyd edək ki, Rusiyada Ukraynadakı müharibə səbəbilə qismən səfərbərlik elan olunub. Ölkə əhalisi isə buna qarşı etirazlara qalxıb.