Ərdoğan-Paşinyan görüşü barədə Ermənistandan açıqlama – Yenilənib


“Ermənistan Baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüşü istisna etmir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib.
O bildirib ki, Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tuta bilər. Ancaq, bu barədə rəsmi təsdiq hələlik yoxdur.

***17:58
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərindən səfərdən qayıdandan sonra deyib.
 “Praqadakı sammitdə iştirak etsək, Paşinyan da ora gələ bilər. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var idi. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top