Avtomobillərin qeydiyyatı elektron qaydada həyata keçiriləcək


Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının, təkrar dövlət qeydiyyatının aparılması, qeydiyyat şəhadətnamələrinin doldurulması və verilməsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb. Sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasında istifadə edilən sürücülük vəsiqələri barədə məlumatların Sistemə daxil edilməsi, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması barədə məlumatların Sistemə daxil edilməsi həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top