Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 201 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 820 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 981 nəfər müalicə olunaraq sağalıb, 9 900 nəfər vəfat edib, aktiv xəstə sayı 1 418 nəfərdir.
Ölkədə son sutka ərzində 3 084, hazırkı dövrədək isə 7 228 614 test aparılıb.