Narkotiki bankalara yığıb evində gizlətdi - Video


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

Yeniavaz.com Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən xəbər verir ki, şəhər sakini Nazim Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş tədbir nəticəsində o, tutularaq istintaqa təhvil verilib. N.Tağıyevin evinə baxış keçirilən zaman satış məqsədilə şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də həyətyanı sahədən ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top