"İran polisi 10 etirazçını güllələyib" - KİV


İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra baş verən kütləvi etirazlar səngimir.
Yeniavaz.com 
“Iran International” saytına istinadən xəbər verir ki, aksiyalar zamanı 10 nəfər həlak olub.
Məlumata görə, etirazçılar polislə qarşıdurma zamanı güllələnib.
Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.

DİGƏR XƏBƏRLƏR

Top