Ukraynaya qaytarılan əsirlər arasında azərbaycanlı da var? - Foto


Ötən gün rəsmi Kiyev və Moskva arasında baş tutan əsir mübadiləsində Ukrayna tərəfinə qaytarılanlar arasında əslən azərbaycanlı olan Ukrayna hərbçisinin olduğu iddia edilir.

Yeniavaz.com xəbər verir ki, Ukrayna mətbuatında qaytarılan əsirlərin siyahısı dərc olunub.
Yerli mətbuata görə, Ukraynaya qaytarılan Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, Rüstəm Babayev Arif oğlu əslən azərbaycanlıdır.
Qeyd olunub ki, 23 yaşlı R.Babayev əsirlikdən azad olunan 215 hərbçidən biridir.

 

DİGƏR XƏBƏRLƏR

Top