"Starlink" peyk interneti bütün qitələrdə aktivləşdirildi


"SpaceX" şirkətinin rəhbəri İlon Mask "Starlink" peyk internet xidmətinin artıq Antarktida da daxil olmaqla bütün qitələrdə mövcud olduğunu açıqlayıb.

Yeniavaz.com "Economictimes"a istinadən xəbər verir ki, İlon Maska məxsus "SpaceX" şirkəti interneti dünyanın əlçatmaz nöqtələrinə çatdırmaq layihəsi çərçivəsində yeni "Starlink" peyklərini fəzaya göndərməyə davam edir.
İlon Mask, "Starlink" peyk internet xidmətinin inkişafı üçün 30 milyard dollara qədər sərmayə qoymağı planlaşdırdıqlarını söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top