Rusiyada səfərbərliyə etiraz edənlərin sayı durmadan artır - Yenilənib + Video


Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir. 

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, aksiyalar Rusiyanın müxtəlif şəhərlərinə yayılmağa başlaıyb. Minə yaxın insan saxlanılıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə qismən səfərbərlik elan edib.


***21:55
Rusiyanın paytaxtı Moskvada etiraz aksiyası keçirilib.
Yeniavaz.com
Rusiya mediasına istinadla xəbər verir ki, aksiyada ondan çox adam saxlanılıb.
Etiraz aksiyasına oğulları çağırış yaşına uyğun olan qadınlar da qatılıb. İnsanlar həm müharibəyə həm də ölkədə səfərbərlik elan olunmasına etiraz ediblər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib.
 

DİGƏR XƏBƏRLƏR

Top