Əvəz Zeynallıya əlavə ittiham verildi


Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Məhkəməsində “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının ev dustaqlığına buraxılması üçün vəkillərinin verdiyi vəsatət təmin edilməyib.
Yeniavaz.com
“Meydan TV”yə istinadla xəbər verir ki, məhkəmə zamanı məlum olub ki, Əvəz Zeynallıya əlavə ittiham verilib. O, sentyabrın 10-dan bu günə qədər Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham edilərək həbsdə saxlanılırdı. Sentyabrın 21-də ona Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsilə yeni ittiham verilib.
Əvəz Zeynallı ona qarşı ittihamların hamısının uydurma olduğunu vurğulayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top