“Bakcell” və NAR-dakı texniki nasazlıq aradan qaldırıldı - Yenilənib


Bu gün axşam saatlarında “Nar” və “Bakcell” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə Yeniavaz.com-a “Nar” şirkətindən bildirilib. Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.
Eləcədə “Bakcell” şirkəti şəbəkəsində yaranmış texniki nasazlığın düzəldiyi barədə məlumat yayıb.

***19:36
Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova məlumat yayıb. O bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

"Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - şirkət rəsmisi vurğulayıb.

NAR-dan verilən məlumatda qeyd olunub ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb:
“Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top