COVID xəstələrinə yardım göstərən tibb işçilərinin nəzərinə


“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.
Yeniavaz,com
xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu müddət noyabrın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət sentyabrın 1-nə kimi nəzərdə tutulmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top