Amerikalı mütəxəssis MDU-da fəaliyyətə başlayıb - Foto


2022-ci ilin sentyabr ayından etibarən amerikalı mütəxəssis Con Bunke Mingəçevir Dövlət Universitetində (MDU) İngilis dili müəllimi olaraq fəaliyyət göstərəcək.
Yeniavaz.com xəbər verir ki, bununla əlaqədar olaraq, sentyabrın 20-də MDU-nun rektoru Şahin Bayramov qonaq mütəxəssislə görüşüb. Rektor görüş zamanı universitetdə “Xarici dil müəllimliyi (İngilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsi, eləcə də digər ixtisaslarda “İngilis dili” fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsi, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsi məsələlərindən bəhs edib. Universitet rəhbərliyi qonaq mütəxəssisin bu istiqamətdə fəaliyyətlərə töhfə verəcəyinə əminliyini bildirib və ona uğurlar arzulayıb.



Esmira Hidyayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top