Qarabağ müharibəsi haqqındakı film geniş auditoriyaya təqdim ediləcək


Müharibəyə həsr olunmuş “Köhnə çamadanlar” bədii filmi 29 sentyabrdan geniş auditoriyaya təqdim ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilir ki, "Köhnə çamadanlar" bədii filmi sentyabrın 29-dan paytaxtın kinoteatrlarında yayımlanacaq.
Qeyd edək ki, 90 nəfərə yaxın heyəti olan filmdə 20-dən çox əlilliyi olan şəxs iştirak edib. Tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Sujet xətti Birinci Qarabağ müharibəsindəki hadisələrlə əlaqələndirilən film 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərimizi əks etdirən nikbin, qürurverici sonluqla yekunlaşır.

DİGƏR XƏBƏRLƏR

Top